Şəhid polkovnik-leytenant dəfn edildi – FOTO/VİDEObackend

44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq itkin düşən, dünən isə şəhid xəbəri gələn tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi doğulduğu Ağdaş rayonunun Abad kəndinə gətirilib.

İctimai.az xəbər verir ki, şəhidimizlə vida mərasimi keçirilib.

O, Abad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan ordusuna həsr edib.

Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb.

Ailəli və iki övladı var idi.