Lənkəranda avtomobil kanala aşıb, üç nəfər xəsarət alıb.
Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.
Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəzada avtomobildə olan dörd nəfərdən üçü – sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A.Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.












