Şəhidimiz Gəncədə dəfn edildibackend

Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

 

44 günlük Vətən müharibəsində itkin düşən və dünən şəhidlik xəbəri gələn Rajapov Əmrah XXX ilə vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, şəhidimiz doğulduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib..

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhidimizin yaxınları iştirak edir.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.