Şəhidləri təhqir edən şəxsin kimliyi bilindibackend

Şəhidləri təhqir edən şəxsin kimliyi müəyyən edilib.

Bu barədə Oxu.Azın sorğusuna cavab olaraq Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, yayılmış görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalarla şəhidlərin ünvanına nalayiq ifadələr işlədən şəxs müəyyən edilib:

“Həmin şəxs ruhi-əsəb xəstəsi olduğundan müalicəsinin davamı üçün qeydiyyatda olduğu dispanserə təhvil verilib”.

Qeyd edək ki, sosial şəbəkədə bir nəfərin şəhidləri təhqir edərək, nalayiq sözlər işlətməsi ilə bağlı görüntülər yayılmışdı. Etik qaydalara görə həmin videonu təqdim etmirik.