Şəki “ASAN Xidmət”də uşaq yıxılıb ölübbackend

Şəkidəki “ASAN Xidmət”də yıxılan uşağın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-u saat 10:30-da 2021-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib”, – deyə məlumatda bildirilir.