Şəkidə yük maşını ilə mikroavtobus toqquşubbackend

Şəki rayonunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10 may, saat 17:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər (altısı kişi cinsli, biri qadın cinsli olmaqla) hospitalizasiya olunub.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.