Müğənni və aktrisa Selena Qomez açıq-saçıq imicdə silsilə fotolarını sosial şəbəkələrin abunəçiləri ilə paylaşıb.
Şəkillərin birində 31 yaşlı Selena Qomez qara korsetli bodi ilə güzgü qarşısında poza verərək, əyri bədən quruluşunu vurğulayır. Müğənni saçlarını topuz edib və bürünc çalarlarda açıq makiyaj edib.
Avqustun sonunda Selena Qomez ABŞ Ekran Aktyorları Gildiyası tətilinin qaydalarını pozduqdan sonra qalmaqalın mərkəzində özünü tapdı. Ulduz şəxsi bloqunda baş rollardan birini canlandırdığı “Eyni binada qətllər” serialının çəkilişlərindən kadrları yayımlayıb. Sənətçi paylaşımda serialın rəsmi hesabını işarələyib və iş üçün darıxdığını qeyd edib.
Mənbə: Gazeta.ru














