Hollivud aktrisası və müğənni Selena Qomez evsiz bir insana kömək etdiyi üçün tənqid edilib.
Bu barədə Daily Mail məlumat yayıb.
Oktyabrın 15-də Nyu-Yorkda 32 yaşlı Selena Qomesin fotolarını paparassilər çəkib. Müğənni dəbdəbəli “Nobu Fifty Seven” restoranından çıxırdı. Müəssisənin yaxınlığında evsiz bir kişi dayanmışdı, aktrisa mühafizəçisindən 20 dollar verib. Lakin internet istifadəçiləri məşhurun bu jestini dəyərləndirməyib. Bəzilərinin fikrincə, milyarder olan sənətçi ehtiyacı olanlara daha çox pul verməli idi.
“Ona ən azı 50 dollar verməli idin. Bu gün Nyu Yorkda 20 dollar heç nə deyil. İndi bu pula bir qutu siqaret və bir stəkan pivə belə ala bilməzsən”, “Onun üçün bu, 100 hissəyə bölünmüş qəpiklə eynidir”, – internet istifadəçiləri yazıblar.
Mənbə: Haberler.com















