Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən getdi – RƏSMİbackend

Səmayə Məmmədova Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən rəsmən ayrılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə sabiq telejurnalist Səmayə Məmmədovanın özü məlumat verib.

“Əslində mən bu xəbəri rəsmi iş məzuniyyətim bitdikdən sonra bildirməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu”.

Qeyd edək ki, hazırda nazirliyin mətbuat katibi funksiyasını “İdman” qəzetinin baş redaktoru, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev icra  edir.