Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbinin 3A sinif şagirdləri tərəfindən “Ucqar kəndə” adlı möhtəşəm bir layihəyə start verilib – VİDEObackend

Şəmkir rayon Düyərli kənd tam orta məktəbinin müəllimi Aysel Alızadənin təşəbbüsü və sözügedən məktəbin 3A sinif şagirdlərinin dəstəyi ilə “Ucqar kəndə”adlı möhtəşəm bir layihəyə start verilib.

“Newpost.az” xəbər verir ki, layihənin əsas məqsədi ucqar, şəraitsiz kəndlərdə yerləşən orta məktəb şagirdlərinə nağıl kitabları və qələmlər göndərməkdən ibarətdir. Gözlənilən nəticə isə məktəblər arasında əlaqələrin genişlənməsi, şagirdlərə “paylaşmağı öyrətmək” kimi müsbət keyfiyyətləri aşılamaqdır. Layihənin devizi isə “Bir müəllim, bir qələm, bir müəllim dünyanı dəyişə bilər”dir.

Seçim olaraq Şəmkir rayonunun Yuxarı Çaykənd tam orta məktəbi seçilib.

Qeyd edək ki, layihənin davamlılığını təmin etmək üçün Aysel Alızadə estafeti öz gənc həmkarlarına ötürmüşdür.