Şəmkirdə ağır qəza: Xəsarət alan varbackend

Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş vermiş hadisə ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev qeyd edib ki, sözügedən hadisə bu gün səhər saat 11:50-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 396-cı kilometrliyində, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində baş verib.

“Sürücü, Göyçay şəhər qeydiyyatında olan 1996-cı il təvəllüdlü Etibar Müşfiq oğlu İbrahimlinin idarə etdiyi “Honda Inside” markalı 77-DJ-129 dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən qəzaya uğrayaraq, yolun orta hissəsində olan dəmir konstruksiyalı səddə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır”.