Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan varbackend

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.