Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ ilə bağlı rəsmi açıqlamabackend

Şəmkir rayonunda iki ayrı dönərxanada baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Agentlik tərəfindən məsələ nəzarətə götürülüb:

“Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir”, – məlumatda qeyd olunub.