Şəmkirdə kişin elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişibbackend

Şəmkir rayonunda vətəndaş elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional İdarəsindən verilən məlumatda bildirilir.

Qeyd olunub ki, hadisə avqustun 30-u saat 13-də Şəmkir rayonunun Abbaslı kəndinin ərazisində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərov yük avtomobilinin hərəkət etməsinə maneə yaradan dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.