Şəmkir rayon ərazisində təcili tibbi yardım briqadası qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, təcili yardım “Mercedes” markalı maşınla toqquşub.
İlkin məlumata görə, hadisədə təcili yardım avtomobilində olan həkim və daha bir neçə nəfər yüngül xəsarət alıb.
Qəza nəticəsində tibb bacısı T.Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.