Şəmkirdə usta işlədiyi evdə ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin ehtimala görə, A.Heydərov ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.