Senat ABŞ-ın sərhəd təhlükəsizliyini gücləndirmək üçün qanun layihəsini yenidən rədd etdibackend

ABŞ və Meksika arasında sərhəddə tədbirlərin sərtləşdirilməsinə dair qanun layihəsi Senatda keçirilən səsvermədə yenidən uğursuzluğa düçar olub. Bu barədə C-SPAN məlumat yayıb.

İkinci səsvermə zamanı qanun layihəsi 43 senatorun dəstəyini qazansa da, 50-si əleyhinə səs verib.

“Konqresdəki respublikaçılar sərhədi qorumaq və ya Birləşmiş Ştatlarda pozulmuş immiqrasiya sistemini düzəltmək məsələsinə əhəmiyyət vermirlər. Əgər belə olmasaydı, onlar tarixin ən sərt sərhəd təhlükəsizliyi tədbirlərinin lehinə səs verərdilər”, – ABŞ prezidenti Co Bayden Senatın qərarını şərh edib.

Mənbə: Lenta.ru