Seneqal Rusiya ilə münasibətləri iki sözlə təsvir edibbackend

Seneqalın Xarici İşlər və Afrika İnteqrasiyası naziri Yasin Fall Rusiya ilə münasibətlərin dostluq və qardaşlıq münasibətləri olduğunu bildirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yazır.

Diplomat bildirib ki, ölkələrin qardaşlıq əlaqələri xüsusilə Seneqal prezidenti Bassirou Diomaye Fayemin Rusiya lideri Vladimir Putinə göndərdiyi təbrik mesajları ilə təsdiqlənir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində həmkarı ilə görüşdə qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlərdə qarşılıqlı rəğbət, xalqlar dostluğu və bir-birinin maraqlarına hörmət əsasında qurulan yaxşı ənənələr var.

Mənbə: Lenta.ru