Səngəçalda anbarda baş verən yanğın söndürülübbackend

Bakıda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanllan anbarda baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.