Serbiya 2025-ci ilin sonuna qədər məcburi 75 günlük hərbi xidməti bərpa edəcək. Tanjug xəbər agentliyinin məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
“Biz bunu tez bir zamanda edəcəyik. Səhv etmirəmsə, 75 günlük hərbi xidmət bu il başlayacaq”, – deyə Serbiya lideri bildirib.
11 noyabrda Vuçiç Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlıqlarını və Serbiya ordusunu gücləndirməyin vacibliyini elan etdi. Prezidentin sözlərinə görə, ölkənin Hərbi Hava Qüvvələrinin gücləndirilməsi əsas prioritetdir.












