Serbiya deyir ki, qaz tranzitinin dayandırılması ölkəyə zərər verməyəcəkbackend

Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması Serbiyaya ziyan vurmayacaq, çünki respublika enerji ilə başqa marşrutla təmin olunur. “Report” TASS-a istinadən xəbər verir ki, bunu energetika və dağ-mədən naziri Dubravka Dedoviç-Handanoviç deyib.

“Avropa bazarı müəyyən nəticələr hiss edə bilər, lakin biz onların Serbiyaya təsir etməsinə mane olmağa çalışacağıq” dedi.

Nazirin sözlərinə görə, Serbiya tərəfinin kifayət qədər enerji resursları ehtiyatına malik olması və bazarda sabit vəziyyəti saxlaması vacibdir. Dedoviç-Handanoviç vurğulayıb ki, “Balkan axını”nın tikintisi COVID-19 pandemiyasının qızğın vaxtında başa çatıb.