Serbiya hakimiyyəti rəngli inqilablara qarşı mübarizədə kömək edən məlumata görə Rusiya xüsusi xidmət orqanlarına minnətdardır.
Bu barədə RİA Novosti-yə ölkənin baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.
O, Rusiya xüsusi xidmət orqanlarının rəngli inqilablara qarşı mübarizədə Belqradı hər zaman dəstəklədiyini və Balkan ölkəsi üzərində yaxınlaşan təhlükəni də bildiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya və Serbiyanın xüsusi xidmət orqanları rəngli inqilablara qarşı mübarizədə əməkdaşlığa dair rəsmi razılığa gəliblər.