Serbiya Neft Şirkəti ABŞ-a sanksiyaların təxirə salınması üçün sorğu göndəribbackend

Serbiyanın NIS (Neftna Industrija Srbije) şirkəti sanksiyaların təxirə salınması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müraciət edib.

TASS bu barədə ölkənin Mədən və Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

“Serbiya və Macarıstan hökumətləri tərəfindən dəstəklənən sorğu, şirkətin mülkiyyət və idarəetmə strukturu ilə bağlı məqbul həll yolu axtarıldığı halda, NIS-in fəaliyyətini davam etdirməsinə imkan verən ümumi və ya xüsusi lisenziyaların alınmasına aiddir”, – məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, şirkətin fəaliyyəti Serbiya iqtisadiyyatı üçün vacibdir. Enerji rəsmiləri OFAC-dan sanksiyaların ləğvi ilə nəticələnəcək vəziyyətin həllinə nail olmaq üçün sanksiyaları ən azı 90 gün müddətinə dayandırmağı düşünməyi xahiş ediblər.