Yunanıstanlı kikboksçu Yannis Tsoukalas Belqradda keçirilən turnirdə qələbə qazandıqdan dərhal sonra hücuma məruz qalaraq xəstəxanaya yerləşdirilib, ERT.
Hadisə Tsoukalas serbiyalı rəqibi Vahid Kiçaranı nokaut etdikdən bir neçə saniyə sonra baş verib. Yunan idmançı qələbəsini qeyd edərkən, məğlub olan döyüşçünün komandası və onu müşayiət edən təxminən 50 nəfər rinqə çıxıb. Onlar Tsoukalas’a hücum edərək, böyük bir davaya səbəb oldular.
Tədbir təşkilatçıları vəziyyətə nəzarət etmək üçün kifayət qədər təhlükəsizlik işçiləri olmadığına görə tez bir zamanda asayişi bərpa edə bilmədiklərini bildirdilər.
Hücumdan sonra Yannis Tsoukalas xəstəxanaya aparılıb. O, heç bir ciddi xəsarət almayıb.














