Serbiyada Parisdə məscidlərə donuz başı atan xuliqanlar həbs edilibbackend

Serbiya polisi Fransa və Almaniyada məscidlərin yaxınlığında donuz başı əkməkdə şübhəli bilinən 11 vətəndaşı saxlayıb. Bu barədə məlumat Serbiya Daxili İşlər Nazirliyinin saytında dərc olunub.

“11 nəfər Velika Plana və Belqradda irqi və digər ayrı-seçkilik, həmçinin casusluqla bağlı cinayət əməllərini törətməkdə şübhəli bilindiklərinə görə saxlanılıb”, – məlumatda deyilir.

Müstəntiqlərin fikrincə, müəyyən bir şəxs ekstremist ideyalarla birləşmiş Serbiya vətəndaşlarından ibarət cinayətkar qrup təşkil edib. 2025-ci ilin aprelindən sentyabr ayına qədər cinayətkarlar bir neçə vandalizm aktı törədiblər. Onlar Holokost muzeyini, sinaqoqları və yəhudi restoranını yaşıl boyaya boyadılar və Parisdəki məscidlərin yaxınlığında donuz başları qoydular. Həmin şəxslər həmçinin Berlində Brandenburq qapısının yaxınlığında ekstremist mesajlar olan beton konstruksiyalar yerləşdiriblər.