Serbiyada Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçilikdən danışıblarbackend

Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçilik etməlidir. O, bu barədə Serbiyanın Radio və Televiziyasının efirində bildirib.

“Ukraynalı və rusiyalı dostlarımız nə istəsələr də, bir işdə kömək edə bilsək, həmişə kömək edəcəyik. Amma biz bunun üçün çox balacayıq”, – deyə o vurğulayıb.

Eyni zamanda Vuçiç xatırladıb ki, Serbiya 2022-ci il fevralın 27-də “Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsini” pislədiyini bəyan edib, çünki bu, ölkənin ərazi bütövlüyünün pozulması deməkdir.

Mənbə: A HABER