Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin hesab edir ki, Qərb ölkələri Rusiya üzərində hərbi yolla üstünlük əldə edə bilmədilər və Moskva ilə Vaşinqton arasında son danışıqlar bunu göstərdi.
O, bu barədə RİA Novosti ilə söhbətində bildirib.
“Ər-Riyadda danışıqların başlaması bütün dünya üçün yaxşı xəbərdir və Rusiyanın Ukrayna ilə deyil, bütün Qərb dünyası ilə vuruşduğunun və Rusiyanı hərbi yolla məğlub edə bilməyəcəyinin sübutudur”, – serb siyasətçi bildirib.
Vulinin fikrincə, Qərb dövlətləri Minsk razılaşmalarının müddəalarına əməl etsəydilər, Ukrayna münaqişəsinin qarşısını almaq olardı. Bundan əlavə, onun fikrincə, Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşü dünyada növbəti 50 il ərzində sabitliyi təmin edəcək yeni təhlükəsizlik sistemi üzrə danışıqların başlanğıcı olacaq.