Sərnişin təyyarəsi havaya qalxdıqdan 8 dəqiqə sonra Türkiyədə məcburi eniş edibbackend

Səudiyyə Ərəbistanının Flynas aviaşirkətinə məxsus təyyarə Türkiyənin Trabzon şəhərinin hava limanına məcburi eniş edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən “Sabah” nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, 169 sərnişin və 8 ekipaj üzvü olan Airbus 320 Trabzondan Ciddəyə uçurdu. Lakin havaya qalxdıqdan səkkiz dəqiqə sonra saat 22:49-da mühərrikdəki nasazlıqlar səbəbindən təyyarədə fövqəladə vəziyyət yarandığı bildirilir. Saat 23:18-də Airbus 320 Trabzona salamat eniş edib.

Ötən gün Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan, içərisində rusların olduğu təyyarə Tallin hava limanında məcburi eniş edib. Tallin hava limanında kommunikasiya və marketinq üzrə məsul olan Margot Holts izah edib ki, təyyarə Pulkovonun müvəqqəti bağlanması səbəbindən eniş edə bilmədiyi üçün təyinat yerini dəyişib. Nəticədə Misirin “AlMarsia Universal Airlines” aviaşirkəti saat 05:33-də Estoniya paytaxtına enib və saat 11:08-də Sankt-Peterburqa yola düşüb. Dayanacaq zamanı sərnişinlərə və ekipaj üzvlərinə təyyarəni tərk etməyə icazə verilməyib.