Şərqi Avropa ölkələrinin NATO-ya daxil olması onun müdafiəsini zəiflətdi

Şərqi Avropa dövlətlərinin NATO-ya daxil olması alyansın müdafiə qabiliyyətinin zəifləməsinə səbəb oldu, çünki yeni üzv ölkələr öz arsenallarını modernləşdirə bilmədilər.

Bu barədə hərbi-sənaye kompleksi üzrə ekspert Cordan Preskott “The American Conservative” jurnalında dərc olunan məqaləsində yazır.

Onun sözlərinə görə, köhnəlmiş arsenallar alyansın xroniki çatışmazlığıdır.

O qeyd edib ki, hələ alyansın şərqə doğru genişlənməsinə başlamazdan əvvəl ABŞ Konqresinə keçmiş Varşava Müqaviləsi ölkələri tərəfindən NATO-ya daxil olmaqda problemlər barədə xəbərdarlıq edilib, lakin xəbərdarlıqlara məhəl qoyulmayıb.

Mənbə: BBC.com

İctimai.az

Oxşar xəbərlər