Şərqi Avropa ölkələri ordularının sıralarını artırmaqda çətinliklərlə üzləşirlər, bu səbəbdən də Rusiya ilə mümkün hərbi münaqişəyə hazır deyillər.
Bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, Macarıstan, Polşa, Rumıniya, eləcə də Slovakiya və Çexiya hərbi kadrların qəbulu ilə bağlı problemlər yaşayır.
Məsələn, Praqa bir neçə ildir ki, orduya cəlb olunma hədəflərinə nail ola bilmir, üstəlik, qoşun sayını saxlamaqda çətinlik çəkir; Reuters qeyd edir ki, çexlər 2021-ci ildə hərbi personalın cəlb edilməsi planını cəmi 56%, 2022-ci ildə isə 85% yerinə yetiriblər.