“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən yekun prosesdə qərar oxunaraq İ.Axundova bəraət verilib
Qeyd edək ki, İsfəndiyar Axundovun “Proqres 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edərək onun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyirdi.
Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək bəraət verib.















