Səudiyyə Ərəbistanı ABŞ konsulluğu qarşısında silahlı şəxsi öldürübbackend

Çərşənbə günü, iyunun 28-də Səudiyyənin təhlükəsizlik qüvvələri ABŞ-ın Ciddədəki konsulluğu qarşısında odlu silahla bir nəfəri öldürüb.

Bu barədə Səudiyyə mətbuatı agentliyi Məkkə dairə polisinin mətbuat katibinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, çərşənbə günü saat 18.45-də avtomobil Ciddə əyalətindəki Amerika konsulluğunun binasında dayanıb. Əlində odlu silah tutan şəxs maşından düşüb. Səudiyyənin təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək onu aradan götürməyə qərar verib. Silahlı şəxs atışma zamanı öldürülüb.

ABŞ konsulluğunun mühafizəçisi diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olub.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Mənbə: A Haber