Səudiyyə Ərəbistanı SPIEF-in qonağı olacaqbackend

Səudiyyə Ərəbistanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) qonağı olacaq.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Demək istərdim ki, Səudiyyə Ərəbistanı 2026-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun qonağı olacaq”, – SPIEF-2025 təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov bildirib.

O, həmçinin 2026-cı ildə SPIEF-də Afrika ölkələrindən birinin iştirakına ümid etdiyini bildirib.