Səudiyyə Ərəbistanında onlarla insan əxlaqsız hərəkətə görə həbs edilibbackend

Səudiyyə Ərəbistanında “əxlaqsız hərəkətlər” törətdiklərinə görə 50-dən çox adam həbs edilib.

Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

Hakimiyyət saxlanılanları fahişəlikdə və dilənçilikdə şübhəli bilir. Masaj salonlarında “əxlaqsızlıq” törətdiklərinə, qadın və uşaqları küçələrdə dilənməyə məcbur etdiklərinə görə həbs olunanlar arasında onlarla xarici ölkə vətəndaşı da var.

Fevralın 12-də Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər əl Səud bildirib ki, ölkənin 2034-cü il Dünya Çempionatında spirtli içki satışına icazə verən qanunları dəyişdirmək planı yoxdur.

2024-cü ilin yanvarında Səudiyyə Ərəbistanının ilk içki mağazasını açmağı planlaşdırdığı bildirildi.