Ər-Riyadda Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-Amerika danışıqları Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.
Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Görüşün The Ritz-Carlton otelində baş tutacağı qeyd edilir. Rusiyanı Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edəcək.
ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Vals daxildir.