CNN xəbər verir ki, şəxsi təyyarə Venesuela yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tankerlə az qala toqquşub.
Dekabrın 13-də Arubadan Mayamiyə uçan Falcon 900EX təyyarəsinin təxminən 8 km hündürlükdə Boeing 777 və ya 767 təyyarələri ilə toqquşmasının qarşısını aldığı bildirilib.
Pilot aviadispetçerə təyyarə arasındakı məsafənin minimal olduğunu bildirib. Mülki reaktiv Amerika təyyarəsinin düz yanına qalxıb.













