“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin layihərinin əsas istiqamət olaraq ekoloji maarifləndirmə seçib

Cəmiyyətimizin gələcək həyatında ekoloji problemlərin yaşanmaması (mümkün qədər ekologiyamızı qorumağa yönəlmək), insanların təbiətə, onda yaşayan canlılara şəfqətlə davranması istiqamətində yeniyetmə və gənclərə indidən  düzgün yol göstərmək günümüzün aktual məsələlərindən biridir. Təbii ki, ekologiyanı birdən-birə tam xilas etmək mümkün deyil, lakin hər birimiz üzərimizə düşən öz vətəndaşlıq borzumuzu yerinə yetirsək, düşünürük ki, ekologiyamızın müsbətə doğru inkişafı başlayacaq.

“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin son illərdə layihələrinin ekoloji yönümlü keçirilməsi təsadüfü deyildir. Məhz dünya üzəridə baş verən qlobal çağırışlar və tələb olunan maarifləndirmə kompaniyalarına qoşulmuşdur. Bu tip layihələrən ən yaxşı nəticəyə malik olan , uğurlu keçirilən layihələrdən “Sağlam ekologiya səndən başlayır”, “Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi”, “Azərbaycan Təbiətinə Səyahət” və s. göstərmək olar.

 

Related Post