2026-cı ildə Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçiriləcək.
bu barədə Cənubi Koreyada keçirilən forumun bağlanışında Çinin sədri Si Cinpin bildirib.
O qeyd edib ki, gələn il Çin üçüncü dəfə APEC forumuna ev sahibliyi edəcək.
“Biz bütün iştirakçılara dəstəyə görə təşəkkür edirik. APEC Asiya-Sakit Okean regionunda iqtisadi əməkdaşlığın ən mühüm mexanizmidir və bu, regionun böyüməsinə və çiçəklənməsinə mühüm töhfə verib”, – Si Cinpin vurğulayıb.
Çin prezidenti əlavə edib ki, APEC Liderlərinin 33-cü Görüşü 2026-cı ilin noyabrında Şençjendə keçiriləcək.














