Çin inkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün Afrika ölkələri ilə işləməyə hazırdır.
Bunu Çin Mərkəzi Televiziyasına istinadən Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi ilə görüşü zamanı deyib.
“Çin Konqo Demokratik Respublikası ilə birlikdə strateji qarşılıqlı etimadı gücləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək, Çin-Afrika əməkdaşlığını birgə inkişaf etdirmək və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə qorumaq üçün tarixi fürsətdən istifadə etməyə hazırdır”.
Bundan əvvəl Milli Tədqiqat Universiteti İqtisadiyyat Ali Məktəbinin Afrika Tədqiqatları Mərkəzinin eksperti Nikita Panin demişdi ki, hazırda BRİKS-in Afrikadan yeni üzvlərlə doldurulması ehtimalı azdır.
Mənbə: Haber Global