Şiə qrupları ABŞ-ın Suriya və İraqdakı bazalarına pilotsuz təyyarələrlə hücum etdiyini iddia edirbackend

Şiə silahlı qruplarının koalisiyası olan İraq İslami Müqaviməti Suriya və İraqda yerləşən Amerika hərbi bazalarına hücum üçün pilotsuz təyyarələrdən istifadə etdiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Təşkilatın bəyanatında iddia edilir ki, “Qəzzadakı cinayətlərə” cavab olaraq şiə döyüşçüləri ABŞ-ın Suriyadakı Yaşıl Kənddəki bazasına pilotsuz uçuş aparatından istifadə edib. Eyni zamanda dron birbaşa hədəfi vurub.

Həmçinin pilotsuz uçuş aparatının köməyi ilə İraqın qərbində yerləşən Amerikanın Ayn əl-Əsəd bazasına hücum həyata keçirilib.

Mənbə: RİA Novosti