Yaponiyanın keçmiş müdafiə naziri, ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçilən Şiqeru İşiba ölkənin baş naziri olub.
Kyodo agentliyi xəbər verir ki, bunu parlamentdə səsvermənin məlumatları sübut edir.
“İşiba parlamentin aşağı palatasında Yaponiyanın baş naziri seçilib”, – bəyanatda deyilir.
Bundan əvvəl Fumio Kişidanın başçılıq etdiyi Yaponiya hökuməti bütövlükdə istefa verib. İşiba sentyabrın 27-də keçirilən seçkilərdən sonra hakim Liberal Demokrat Partiyasının sədri oldu. O, təqdim olunan bütün namizədlər arasında ən populyarı oldu.
Mənbə: A Haber















