Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, “Şimal axını” qaz kəmərlərinin partladılması Ukraynanı daha da ittiham etmək üçün həyata keçirilə bilərdi.
Reuters xəbər verir ki, o, KİV-in ABŞ kəşfiyyatının qaz kəmərlərinin partladılmasında ukraynayönlü qrupun əli olduğunu göstərməsi barədə xəbərlərdən sonra vaxtından əvvəl ittihamlara qarşı xəbərdarlıq edib.
“Bu, Ukraynanı günahlandırmaq məqsədi daşıyan saxta bayraq əməliyyatı da ola bilərdi. Hər ikisinin ehtimalı eyni dərəcədə yüksəkdir”, Pistorius bildirib.
Mənbə: Reuters
İctimai.az

