ABŞ və Cənubi Koreyanın Ulchi Freedom Shield adlı birgə hərbi təlimləri regionda təhlükəsizlik vəziyyətini gərginləşdirir.
Bu barədə KXDR-in müdafiə naziri No Qvanq Çol bildirib, onun sözləri Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir.
Amerika və Koreya hərbçilərinin iştirakı ilə manevrlər avqustun 18-dən 28-dək, bəzi səhra manevrləri isə sentyabrda keçiriləcək. Çolun sözlərinə görə, təlimlərdə təkcə KXDR-ə qarşı deyil, həm də regionun digər dövlətlərinə qarşı yönəlmiş hərbi əməliyyatların aparılmasının yeni üsulları tətbiq olunacaq.
“Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma arzusunu nümayiş etdirən və Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətinə yenidən ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyirik”, – deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.