Şimali Koreya ABŞ-ı “Vahid Çin” prinsipini pozmaqda ittiham edirbackend

Birləşmiş Ştatlar Tayvanı silahla təmin etməklə “vahid Çin” siyasətini pozur. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən KXDR-in Çin üzrə Xarici Əlaqələr Departamentinin rəhbəri Man Yonq Rim bildirib.

Diplomat qeyd edib ki, bu cür hərəkətlər Çin və ABŞ arasında üç birgə kommünikenin ruhuna ziddir. Onun fikrincə, bu, ÇXR-in daxili işlərinə qarışmaq və ölkənin suverenliyinə və təhlükəsizliyinə təhdiddir.

Man Yonq Rim vurğulayıb ki, Vahid Çin prinsipini dəstəkləmək iddialarına baxmayaraq, ABŞ əslində Çinin ayrılmaz hissəsi olan Tayvanın müstəqilliyini təbliğ edir.

Mənbə: Haberler.com