Şimali Koreya ABŞ-ın İrana zərbələrini pisləyibbackend

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrandakı hərəkətlərini daha sərt şəkildə pisləməyə çağırıb.

Bu barədə KXDR Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Pxenyanın fikrincə, ABŞ və İsrail ölkənin suverenliyini və BMT Nizamnaməsini, eləcə də beynəlxalq hüququ kobud şəkildə pozub.

“KXDR ABŞ-ın İrana hücumunu qətiyyətlə pisləyir, bunu suveren dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin kobud şəkildə pozulması, habelə BMT Nizamnaməsinin ciddi şəkildə pozulması kimi qiymətləndirir”, – nazirlik vurğulayıb.

Şimali Koreya diplomatları da Yaxın Şərqdəki mövcud vəziyyəti “İsrailin həyasızlığının” nəticəsi adlandırıblar.