Şimali Koreya ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt cavab” verəcəyini bəyan edibbackend

Şimali Koreya Xarici İşlər Nazirliyi bəyan edib ki, Şimali Koreya Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt cavabı” verəcək.

İctimai.az xəbər veri ki, bu barədə RİA Novosti məlumat yayıb. KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ-a görə “qırmızı xətt”ə çatıb. Şimali Koreya “nüvə bombası üçün nüvə bombası” prinsipi ilə fəaliyyət göstərəcək”, – Xarici İşlər Nazirliyi bildirib.

Mənbə: RİA Novosti

İctimai.az