Şimali Koreya ABŞ-ın Ukraynaya kaset bombaları göndərmək qərarını cinayət əməli adlandırıb

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq-hi deyib ki, ABŞ-ın Kiyevə kaset bombaları göndərmək qərarı cinayət əməlidir. Bu barədə “Reuters” məlumat yayıb.

“Mən ABŞ-ın Ukraynanı kütləvi qırğın silahları ilə təmin etmək qərarını təhlükəli cinayət əməli kimi pisləyirəm, çünki onlar dünyanı yeni fəlakətə sürükləməyə çalışırlar və onun dərhal geri götürülməsini qətiyyətlə tələb edirəm”, – deyə nazir bildirib.

Bundan əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko bəyan etmişdi ki, ABŞ-ın kaset sursatlarının tədarükünə başlaması müharibə cinayətidir. Onun sözlərinə görə, kasetli sursatların Ukrayna Silahlı Qüvvələrinə verilməsi beynəlxalq sənədlərə ziddir.

Mənbə: Reuters

Oxşar xəbərlər