Daily Mail yazır ki, Şimali Koreya agenti internetdə Kim Çen In haqqında məlumat axtardıqdan sonra edam olunacaq.
Medianın məlumatına görə, KXDR daxilində elektron yazışmalara nəzarət edən bir neçə agent lazımi icazə olmadan internetə baxarkən tutulub.
Şimali Koreya hakimiyyəti vətəndaşların internetə çıxışını ciddi şəkildə məhdudlaşdırır, ona görə də hətta xüsusi şəxslər də qlobal şəbəkədən istifadə etmək üçün icazə tələb edirlər.
Bildirilir ki, agentlər tutduqları vəzifələrdən qovulublar və indi Kim Çen In haqqında məlumat axtaran hər kəs edamla üzləşir.
Mənbə: TASS
İctimai.az

