Şimali Koreya Cənubi Koreyaya gedən yolları partlatmağa hazırlaşırbackend

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Cənubi Koreyaya gedən yolları sıradan çıxarmağı planlaşdıra bilər.

Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

“Koreya Xalq Ordusunun oktyabrın 9-da verdiyi açıqlamadan sonra, onun ordusu Gyeongisong və Donghae xətləri boyunca yolda partlayış törətdiyi güman edilən fəaliyyətlərlə məşğul olub”, – hesabatda deyilir.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Li Sung-Jong bildirib ki, bu gün yolda partlayışlar baş verə bilər.

Oktyabrın 9-da Koreya Xalq Ordusunun Baş Qərargahının bəyanatında deyilir ki, Şimali Koreya ordusu Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq və KXDR sərhədini qalaya çevirəcək.

Mənbə: A Haber