Şimali Koreya əvvəllər dayandırılmış bütün hərbi tədbirləri bərpa edəcəkbackend

Yonhap agentliyinin məlumatına görə, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə hərbsizləşdirilmiş zonanın yaxınlığında yerləşən silahlı qüvvələrini gücləndirməyi planlaşdırır. Bu əraziyə əlavə qoşunlar və yeni silahlar yerləşdiriləcək. Bu məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Bu qərara səbəb Seulun KXDR-in peyk buraxılışına cavab olaraq 2018-ci ildə Koreyalararası hərbi razılaşmanın bir hissəsini dayandırması olub.

Noyabrın 22-də KXDR Yaponiya dənizinə doğru uğursuz raket atdı.

Mənbə: TASS